Braziliyalı futbolçu Neymar 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında komandasının Xorvatiya millisinə uduzmağı karyerasının ən ağır məğlubiyyəti adlandırıb.

Bu barədə “L Equipe” nəşri yazıb.

“Təəssüf ki, dünya çempionluğu növbəti dəfə təxirə salındı. Bundan acı itki yox idi. Artıq etdiyimiz yaxşı işləri xatırlamalıyıq. Dünya çempionatında çıxış edən futbolçularımız var, bizə çoxlu gənclər gəlir, artırlar.

(DÇ-2026-ya qədər) üç il qalıb, lakin illər çox tez keçir, hazırlığa indidən başlamalıyıq. Yenilənmə mərhələsinə başlayırıq. Bu bir gecədə baş vermir. Ancaq hədəflərimizə çatmaq üçün maksimum gücümüzü verməyə çalışacağıq”, - forvard bildirib.

Qeyd edək ki, DÇ-2022-də Braziliya yığması penaltilər seriyasında Xorvatiya millisinə uduzub.

Braziliya DÇ-2026-nın seçmə mərhələsinin ilk mərhələsində Boliviya ilə qarşılaşacaq. Görüş sentyabrın 9-na keçən gecə baş tutacaq.

.