İsrailin baş naziri Benyamin Netanyahunun evinə PUA hücumu olub.

Bu barədə Baş nazirin ofisi məlumat yayıb.

Məlumatda bildirilir ki, baş nazirin Qeysəriyyədəki şəxsi iqamətgahı bu səhər Livandan buraxılan pilotsuz uçuş aparatının hücumuna məruz qalıb.

Hücum zamanı baş nazir Benyamin Netanyahu və həyat yoldaşı evdə olmayıb. Xəsarət alan olmayıb.

.