İsrailin Baş naziri Benyamin Netanyahu hazırkı ABŞ Prezidenti Donald Trampla olan şəklini “Twitter” hesabından silib.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

Qeyd olunur ki, Netanyahunun hesabının “örtük fotosu” Ağ Evdə Trampla birlikdə çəkilmiş foto olub.

Lakin 12 yanvar tarixində İsrail lideri şəkli dəyişib və koronavirusa qarşı peyvənd olunduğu zaman çəkilmiş foto ilə əvəzləyib.

.