Qəzza zolağında yaşayan fələstinlilərə könüllü olaraq anklavı tərk etmək imkanı verilməlidir.

Yenizaman-ın  “Ynet” portalına istinadən verdiyi məlumata görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu Amerika yəhudi təşkilatlarının rəhbərlərinin Qüdsdə keçirilən konfransında deyib.

“Niyə Qəzza sakinlərinə seçim imkanı verilməsin? Qoy getsinlər”, - deyə o vurğulayıb.

Hökumət başçısının sözlərinə görə, son iki ildə Qəzzanı 100 min sakin tərk edib: “Varlılar gedə bilər, amma qalanlar da getmək istəyirlərsə, getsinlər. Biz onlara təhlükəsiz zonaya çatmaq imkanı vermək istəyirik. İnsanlar mühacirət etmək istəyirlərsə, bu onların seçimidir”.

.