İsrail Müdafiə Qüvvələri yaxın günlərdə HAMAS-ı məhv etmək üçün Qəzzaya tam güclə girəcək.


Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

"Yaxın günlərdə əməliyyatı başa çatdırmaq üçün bütün gücümüzlə Qəzzaya daxil oluruq. Əməliyyatı başa çatdırmaq HAMAS-ı məğlub etmək deməkdir. Bu, HAMAS-ı məhv etmək deməkdir. Müharibəni dayandıracağımız vəziyyət olmayacaq. Müvəqqəti atəşkəs ola bilər, amma biz sona qədər gedirik", - Netanyahu bildirib.


O, həmçinin bildirib ki, İsrail Qəzza sakinlərini qəbul etmək istəyən ölkələr tapmağa çalışır.

.