“Şimali Koreyanı heç kim dayandıra bilmədi və indi onun nüvə silahları və ballistik raketləri var. İran 50 Şimali Koreya kimidir. O, ABŞ-ın məhvinə sadiqdir. Prezident Tramp bu reallığı başa düşür”.

Bu sözləri İsrailin baş naziri Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsi zamanı deyib.

O eyni zamanda İsrailin İrana hücumunun sürətli və qətiyyətli olduğunu, onun uzun sürən münaqişəyə çevrilməyəcəyini deyib.

"Bu müharibə sonsuz olmayacaq. Bu, sürətli və qətiyyətli əməliyyat olacaq", - Netanyahu deyib.

.