İlkin məlumata görə, Nepalın paytaxtı Katmandunun hava limanında təyyarənin qəzaya uğraması nəticəsində 50-dək insan ölüb, 17 nəfər xəsarət alıb.

Bu barədə "Report" yerli KİV-lərə istinadən xəbər verir.

Bütün yaralılar xəstəxanaya çatdırılıb.

***

Banqladeşə məxsus "Bombardier Dash 8 Q400" sərnişin təyyarəsi Nepalın paytaxtı Katmandunun hava limanında qəzaya uğrayıb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

Hazırda tüstüyə bürünmüş təyyarədə olan sərnişinlərin sayıməlum deyil.

Yanğınsöndürənlər briqadası yerə düşərək tüstülənən təyyarəni söndürməyə çalışır.

Məlumata görə, "Bombardier Dash 8 Q400" tipli təyyarələr 78-dək sərnişin tutumuna malikdir.


.