Nepalın Rasuva rayonunda qəfil güclü daşqınlar nəticəsində 9 nəfər ölüb, 400-dən çox insan itkin düşmüş hesab olunur.

"Report" xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.

"İtkin düşənlər arasındakı 105 nəfər yerli sakindir", - nəşr qeyd edib.

Həmçinin bildirilib ki, su elektrik stansiyasında çalışan azı 8 cənubi koreyalı fəhlə itkin düşüb, daha 10 nəfər isə genişmiqyaslı qəfil daşqın nəticəsində mühasirədə qalıb. Nepal hakimiyyəti onların təxliyəsi üçün helikopter göndərib.

.