Nepal-Çin sərhədində torpaq sürüşməsi və daşqın nəticəsində ölənlərin sayı 538 nəfərə çatıb.
BBC-nin xəbərinə görə, bu barədə Nepalın dövlət qurumları məlumat yayıb.
Məlumata görə, 977 nəfər, o cümlədən 517 xarici vətəndaş itkin düşüb. 100-dən çox xarici vətəndaşın xilas edildiyi qeyd olunub.
Çin mediası ölkədə təbii fəlakət nəticəsində ölənlərin sayının 5 nəfər olduğunu bildirir.
Nepalın Çinin Tibet bölgəsi ilə sərhədində yerləşən su bəndi isə dağılıb.
.
