Nepalda insan ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. 

AzNews.az Himalayan Times-a istinadən xəbər verir ki, Nepalın mərkəzi hissəsində avtobus çaya düşüb. Hadisə nəticəsində ən azı 20 nəfər ölüb, 17 nəfər isə yaralanıb. 

İlkin məlumatlara əsasən, avtobusda ümumilikdə 39 nəfər olub: 37 sərnişin, sürücü və konduktor. Sürücü və konduktor itkin hesab olunur. 

.