ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri başa çatıb.

NTV telekanalı xəbər verir ki, səfər çərçivəsində o, Tayvan administrasiyasının rəhbəri Tsay İnq-ven və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Pelosi səfəri zamanı Tayvanla ABŞ arasında ikitərəfli münasibətləri müzakirə edib.

Onun Asiyaya turu çərçivəsində Tayvana səfəri Çin tərəfindən pislənilib.

.