ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin evinə Yeni il gecəsi hücum olub.

TMZ-nin məlumatına görə, hadisə San-Fransiskoda baş verib.

Bildirilir ki, vandallar qaraj qapısının üzərinə “2000 dollar” (üstündən xətt çəkilmiş), “Kirayəni ləğv et” və “Hər şeyi istəyirik” yazıblar. Qapının altına isə süni qan tökülüb və üstünə donuz başı qoyulub.

Polis istintaqa başlayıb. Həbslər barədə hələ məlumat verilməyib.

.