Yenizaman.az xəbər verir ki, bu gün "Neftçilər” metrostansiyası yaxınlığında bir qrup ticarətçi aksiyaya cəhd edib. Etirazçıların tələbi ticarət obyektlərinin təmiri zamanı onlardan yığılan pulların geri qaytarılmasıdır. Hazırda polis metro keçidinə nəzarət edir. Jurnalistlərə foto və video çəkməyə icazə verilmir.
Hazırda polislə etirazçılar arasında gərginlik yaşanır. Polislərin xəbərdarlığına baxmayaraq, aksiya iştirakçıları keçidi tərk etmir.
Metropolitenin rəis müavini Kamal Şirinov jurnalistlərə ərazini tərk etməyi tələb edib. O, bildirib ki, aksiya az sonra yatırılacaq.
.
