Neftçala polisi narkotik vasitə olan çətənə kolları aşkarlayıb. Daxil olmuş məlumat əsasında polis şöbəsinin əməkdaşları tərəfindən "Xaş-xaş — 2016” tədbirlər planı çərçivəsində əməliyyat-axtarış tədbirləri keçirilib. Nəticədə rayonun aşağı Qaramanlı kənd sakini, 49 yaşlı Məhərrəm Fərəcov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən müxtəlif yerlərdə ümumi çəkisi 10 kiloqram olan 43 ədəd narkotik xassəli çətənə kolu aşkarlanıb. Aqrotexniki qaydada becərilmiş çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq qablaşdırılıb və polis şöbəsinə aparılıb. Məhərrəm Fərəcov törətdiyi əməli etiraf edib. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
