
Avqustun 21-də Brent markalı neftin qiyməti ucuzlaşmaqda davam edir. Səhər Brent-in bir barelinin dəyəri 46 dollara qədər düşüb.
Cümə günü hərraclar mənfi göstərici ilə bağlanarsa, bu, neft qiymətlərinin ardıcıl olaraq səkkizinci həftə pozulması olacaq. Sonuncu dəfə belə bir hal 1986-cı ilin əvvəllərində olub.
Neft sənaye istehsalının azaldığı Çindən mənfi statistikanın düşməsi fonunda ucuzlaşır.
Bundan başqa, bazarın həddindən artıq dolması da qiymətləri aşağı çəkir. Belə ki, ABŞ-da neft hasilatı artır (bir il əvvəl olduğundan 9% çoxdur).
Səudiyyə Ərəbistanı da hasilat sürətini artırır və bəzi məlumatlara görə, bu gün hasilat səviyyəsi gündə 11 mln. barel təşkil edir ki, bu da tarixi rekorddur.
.