
Dünya bazarında neft qiymətləri artmaqda davam edir, bazar iştirakçıları İsrail və İran arasında münaqişənin gərginləşməsi fonunda təchizatda mümkün fasilələrdən narahatdırlar.
Bu barədə “İnterfaks” məlumat yayıb.
Bakı vaxtı ilə saat 09:06-ya olan məlumata görə, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 0,68 ABŞ dolları (0,92 %) artaraq 1 barel üçün 74,91 ABŞ dolları təşkil edib. Cümə günü bu müqavilələrin qiyməti 4,87 ABŞ dolları (7,02 %) artaraq 1 barel üçün 74,23 ABŞ dolları təşkil edib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI markalı neftin fyuçersləri 0,85 (1,16 %) ABŞ dolları bahalaşaraq 1 barel üçün 73,83 ABŞ dolları təşkil edib. Cümə günü sessiyasının yekunlarına görə, bu bu müqavilələrin dəyəri 4,94 ABŞ dolları (7,62 %) artaraq 1 barel üçün 72,98 ABŞ dolları təşkil edib.
.