Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 130 137 min ABŞ dolları təşkil edib ki (iyul ayında daxilolmalar olmayıb – red.), bu da illik müqayisədə 44% azdır.

ARDNF-dən verilən məlumata görə, hesabat dövründə “Şahdəniz” yatağı üzrə daxilolmaların 57 131 min dolları kondensatın payına düşüb (2,9 dəfə azalma).

“”Şahdəniz” yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən): 3 797 mln. ABŞ dolları (01.09.2021 tarixinə)”, - məlumatda qeyd olunur.

Məlumata görə, ötən ilin yanvar-iyul (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 215,5 mln. dollar təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

.