Şüuru özündədir, amma...
Keçirdiyi qəza nəticəsində yaralanan "Kurtlar Vadisi" serialının qəhrəmanı Necati Şaşmazın (Polat Alemdar) sağlamlıq vəziyyətinin yaxşı olduğu açıqlanıb. YeniZaman.az-ın Türkiyə mətbuatına istinadən xəbər verir ki, noyabrın 3-ü səhər saatlarında çənəsinin qırılması səbəbiylə əməliyyata alınan Necati Şaşmazın, 6 həftə nəzarət altında olacağı bildirilib. N.Şaşmazın sağlamlıq vəziyyəti haqqında plastik cərrah həkim Ercan Dide mətbuatı məlumatlandırıb. Onun sözlərinə görə, aktyorun alt çənəsində iki qırıq müəyyən edilib. Əməliyyatın 2,5 saat davam etdiyini bildirən həkim Ercan Dide, məşhur aktyorun üzündə zədə səbəbi ilə ciddi dəyişliklərin olmayacağını deyib: "Əməliyyat çox uğurlu keçdi. Sonra yaranacaq xırda problemlər üçün kiçik bir əməliyyat daha reallaşa bilər”.
Həkim, hazırda N.Şaşmazın şüurunun açıq olduğunu ancaq əməliyyatdan sonra bir müddət danışmaması gərəkdiyini deyib.



***



"Kurtlar vadisi" serialında Polat Ələmdar rolunu canlandıran Necati Şaşmaz ağır yol qəzası keçirib.
Məlumatına görə, aktyorun filmin növbəti seriyasının çəkilişləri zamanı idarə etdiyi avtomobil qəzaya uğrayıb. Qəza nəticəsində yaralanan Necati Şaşmaz xəstəxanaya yerləşdirilib.
Həkimlərin müayinəsi zamanı məlum olub ki, aktyorun çənəsi sınıb. Necati Şaşmaz əməliyyata alınıb. Aktyorun həmkarları xəstəxanaya onun ziyarətinə gəliblər.(anspress)
.