"Kurtlar vadisi" serialında Polat Alemdar rolunu canlandıran Necati Şaşmaz qardaşı Raci Şamazla dalaşandan sonra şirkət binasını boşaldıb.
"Pana Film"in sahibi olan iki qardaş Nişantaşı məhəlləsindəki binaya 50 min dollar kirayə pulu ödəyirdilər. Lakin onların münasibətləri pisləşdiyinə görə Necati Şaşmaz komandadan tamamilə ayrılaraq təkbaşına fəaliyyət göstərmək istəyir.
Qardaşı Raci Şaşmaz binanı boşaltmasını tələb etdiyi üçün Necati Şaşmaz oranı tərk edib. Belə ki, Raci Şaşmaz binanı boşaltmaq üçün vəkili vasitəsilə bildiriş də göndərmişdi. Onun Çamlıcada özünə yeni bir bina alması haqqında söz-söhbətlər də gedir.
Qeyd edək ki, artıq uzun müddətdir ki, Necati və Raci Şaşmaz qardaşları məhz münasibətlərinin pis olması ilə gündəmdədirlər. 11 illik əməkdaşlıqdan sonra qanlı-bıçaq olan Şaşmaz qardaşları atalarının və nənələrinin dəfnində belə bir-birinin üzünə baxmayıblar. Hətta "Kurtlar Vadisi Pusu" serialının çəkilişləri zamanı ölümdən dönən Necati Şaşmaz xəstəxanada olan zaman qardaşı Raci Şaşmaz ona baş çəkməmişdi. (anspress)


.