Ukraynanın NATO-ya üzvlüyü Rusiya Federasiyası üçün qətiyyən qəbuledilməzdir və hər hansı sülh sazişinin bir hissəsi ola bilməz.

Yenizaman RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Mən dərhal təsdiq etmək istəyirəm ki, Ukraynanın NATO-ya hər hansı formada üzvlüyü Rusiya üçün tamamilə qəbuledilməzdir və heç bir sülh planlarının və ya vasitəçilik təşəbbüslərinin bir hissəsi ola bilməz” , - diplomat qeyd edib.

.