Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putinin dialoqundan sonra Rusiya “Taxıl sazişi”ndə iştirakının bərpa etdi və indi hər şey qaydasındadır.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat katibi İbrahim Kalın “CNN International” televiziyasına deyib.

O, oktyabrın 29-u Sevastopolda gəmilərdən birinə təşkil edilən hücumlardan sonra “Taxıl sazişi”nin dayandırıldığını qeyd edib və əlavə edib ki, etirazlar və yazılan məktubların ardınca Rusiya tərəfi ilə əlaqə qurmaq mümkün olub.

“Son 3-4 ərzində xeyli diplomatik səylər göstərdik, Türkiyə xarici işlər, müdafiə nazirlərinin telefon danışığı oldu. Eyni zamanda, Prezident Ərdoğan Rusiya Prezidenti Putinlə danışdı”, - Kalın vurğulayıb.

Bununla yanaşı, Ukrayna tərəfi ilə də danışıqların aparıldığını, Rusiya tərəfinin tələblərinin, gözləntilərinin Ukrayna tərəfinə çatdırıldığını və konstruktiv münasibət göstərildiyini vurğulayıb.

Rusiyanın sazişə geri qayıtmasından məmnun olduğunu bildirən Kalın, təxminən 3 ay bundan öncə İstanbulda imzalanan razılaşmanın şərtlərinə hər iki tərəfin əməl edəcəyinə ümidvar olduğunu da qeyd edib.

.