Twitter Blue premium abunəliyi gələn həftənin sonunda bərpa olunacaq.

Bu açıqlamanı amerikalı iş adamı İlon Mask “Twitter“də istifadəçinin abunə ilə bağlı sualını cavablandırarkən deyib.

"Yəqin ki, gələn həftənin sonuna qədər bərpa olunacaq" deyə Musk Twitter hesabında yazıb.

Twitter Blue abunəçilərə premium funksiyalara giriş imkanı verən aylıq ödənişli abunədir.

Qeyd edək ki, Mask oktyabrın 28-də Twitter-in tam sahibi oldu. O, bundan dərhal sosial şəbəkədə genişmiqyaslı islahatlara başladı və şirkətin direktorlar şurasını buraxdı.

Lakin sonradan sosial şəbəkənin alınmasının Maskı 70 milyard dollar ziyana saldığı barədə məlumatlar yayılıb.

.