8 noyabrda Azərbaycan özünün ən parlaq və ən şanlı tarixini yazdı.Azərbaycan xalqı bu günlərdə Vətən müharibəsi zəfərinin il dönümünü qeyd edəcək. 30 ilə qədər düşmən tapdağı altında olan ərazilərimiz geri qayıtdı.44 günlük müharibə Ermənistanın hərbi kapitulyasiyası ilə nəticələndi. Azərbaycan ordusu  düşmən üzərində qəti qələbə qazanaraq, öz ərazi bütövlüyünü bərpa etməyi bacardı. İllərlə erməni faşizmi altında qanunsuz olaraq istifadə olunan milli sərvətlərimiz,tarixi abidələrimiz,məscidlərimiz öz sahibləriylə görüşdü. Bu Azərbaycan xalqının qələbəsidir və biz bunu öz canımız,qanımız hesabına qazandıq.

Qəhrəman əsgərlərimiz və zabitlərimiz öz qətiyyətli hərbi bilikləri sayəsində, düşmənə öldürücü zərbə endirdi.Cəbhədə olmayan vətəndaşlarımız da,cəbhə xəbərlərini səbrsizliklə gözləyərək, qələbə sevincini yaşamağa nail oldu. Respublikanın hər yerində Zəfər bayramı qeyd olundu.Bu qələbə sayəsində müqəddəs Azərbaycan bayrağı Qarabağda dalğalanır.
Bu qələbənin sayəsində imzalanan bəyənat,Azərbaycanın maraqlarının xeyrinə xidmət etdi. Qeyri-şərtsiz olaraq, erməni hərbi birləşmələri Azərbaycan torpaqlarından geriyə çəkilməyə məcbur oldu.Bunun sayəsində Kəlbəcər,Laçın,Ağdam itki verilmədən Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Bu parlaq qələbə münasibəti ilə “Yeni Zaman” partiyası adından bütün Azərbaycan xalqını,Azərbaycan Ordusunu təbrik edirik.Ali baş komandanın rəhbərliyi altında qazanılan bu qələbə yaddaşlardan silinməyəcək.

“Yeni Zaman” Partiyasının sədri Musa Ağayev
 

.