6 oktyabr tarixdə Praqa şəhərində Azərbaycan prezidenti,Ermənistan baş naziri,Avropa ittifaqının prezidenti və Fransa prezidentlərinin iştirakilə 4 tərəfli görüşdən 1 həfrə sonra oktyabr ayının 12-də Fransa prezidenti Makronun France 2 telekanalında müsahibəsində anti Azərbaycan mövqeyi ikra hissi doğurur və Fransa prezidentinin bu müsaibədə səsləndirdiyi fikirləri rədd edirik bu qəbuledilməzdir.
Makron məlum müsahibəsində Azərbaycanı dəhşətli müharibə törədməkdə günahlandırıb,həmçinin bu müharibədə Rusyanın Türkiyə ilə şərikli olaraq Ermənistan əlehinə Azərbaycan oyunu oynadığı kimi qərəzli ifadələr işlədib.
Bundan başqa Fransa xarici işlər nazirliyi Azərbaycan əlehinə bəyanatla çıxış edib.
Azərbaycanın fransadaki səfirliyinə hücumla əlaqədar olaraq Azərbaycan tərəfinə indiyə qədər Fransa höküməti cavab verməyib və bunu edənləri cəzalandırmayıb.
Bütün bunlar Fransanın Azərbaycan əlehinə olan siyasətinin davam etməsini göstərir.
Fransanın bu siyasəti daxildə Ermənistan diyasporasına xoş gəlmək və ən əsas Fransanın təcavüzkar Ermənistan vasitəsilə özünün regiyonda iflasa uğramış geosiyasi maraqlarının nəyin bahasına olursa olsun təmin etməyə hesablanıb.Fransanın bu iyrənç siyasəti Azərbaycanın maraqlarına tamamilə ziddir.
Öz ölkəsinin və dünya ölkə tarixini bilməyən və siyasəti anlamayan Makronun nəzərinə çatdırırıqki Azərbaycan öz ərazilərini 30 illik Erməni işğalından azad edib.Əsl həqiqət ondan ibarətdirki indiki Ermənistan əraziləridə tarixən Azərbaycan torpaqlarıdır,məhz 1918-ci ildə ABŞ-ın o dönəmki prezidenti Vuldort Vilsonun tələbilə tarixi Azərbaycan torpaqı olan İrəvan ermənistana verilmişdir.
Siz isə cənab Makron iyrənç müstəmləkəçilik siyasəti olan bir ölkənin rəhbərisiniz.Yaxşı olardıki siz 60 illərin sonunda müstəmləkəniz olan Malidə,Ruandada,Konqoda,Əlcəzairdə törətdiyiniz qırğınları milyonlarla insanları öldürtdüyünüzə görə üzr istəyəsiniz.Ədaləti bərpa edərək öz torpaqlarını işğaldan azad etməsinə görə günahlandırmanız isə haqsızlıq və yaramazlıqdır.
Fransanın Azərbaycan əlehin tutduqu mövqeə görə bu ölkəni Azərbaycan-Ermənistan arasında münasibətlərin formalaşmasında vasitəçi olmaqa haqqı yoxdur və Fransanın vəsitəçiliyini qətiyətlə rədd edilməlidir.
Təəssüflər olsunki Azərbaycanın daxilində olan bəzi siyasətbazlar və xaricdə yaşayan bəzi özünü bloqer adlandıran Azərbaycanlılar özlərinin cılız maraqlarına naminə Fransa prezidentinin Azərbaycan əlehinə olan bu mövqeyini müdafiyə edirlər.Bu insanların belə iyrənç mövqei yol verilməzdir və onları bu yoldan əl çəkməyə çağırırıq.
Yeni Zaman partiyasının sədri Musa Ağayev
.
