Son məlumata görə,Aysat Mirzoyevanın problemi ictimailəşəndən sonra Nazirlik onun Bilgəhdəki qocalar evinə yerləşdirilməsini təmin edib.

***

Aysat Mirzoyeva adlı yaşlı xanım iki gündür əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Mülümovun qəbuluna düşə bilmir. Martın 11-də nazirin qəbuluna düşmək istəyən qadını nazirliyindən binasından çölə çıxariblar. Eyni hal bu gün də baş verib. Jurnalist Aynur İmranova facebook səhifəsində məlumat yayıb ki, hazırda qadın nazirliyin binası qarşısında dayanıb.
Aynur İmranova qadının qəbul otağında olarkən çəkilmiş fotosunu da yayıb.

***

Məlumat aldıq ki, qadına bir müddət Miqrasiya Mərkəzi İctimai Birliyi kömək göstərib. Buna görə də birliyin sədri Nəcibə Rəfizadə ilə əlaqə saxladıq. N.Rəfizadə bildirdi ki, milliyyətcə osetin olan Aysat Mirzoyeva 1993-cü ildə Azərbaycana gəlib: ”Əlində olan yeganə sənəd BMT tərəfindən qaçqınlara verilən himayə sənədidir. Bu qadın əvvəl Rəssamlar Evində yaşayıb. Lakin artıq yaşayış yeri yoxdur. Bir müddət idi ki, onu biz saxlayırdıq. Onun bütün xərclərini təşkilatımız çəkirdi. Lakin artıq imkanımız yoxdur. Ona görə də Əmək və Əhalinin Sosial Müdafisə Nazirliyinə apardıq ki, bir tədbir görsünlər. Lakin cəhdlərimizə baxmayaraq nazirlik heç bir tədbər görmür”.
.