Mədəniyyət Nazirliyi "Azərbaycanfilm" kinostudiyasının və Nizami Kino Mərkəzinin Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) balansına verilməsi təklifinə münasibət bildirib.
Nazirlikdən bildirilib ki, Nizami Kino Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası dövlət mülkiyyətində olan təsərrüfat hesablı müəssisələrdir.
"Bu müəssisələrin fəaliyyəti ilə bağlı hər hansı bir dəyişiklik yoxdur. Ona görə də bu mövzuda manipulyasiya edilməməsi xahiş olunur", - sorğunun cavabında deyilir.
Qeyd edək ki, AKİ Nizami Kino Mərkəzi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının qurumun idarəçiliyinə verilməsi ilə bağlı təklif irəli sürüb.
.