Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Trampla Ukraynaya raket əleyhinə vasitələrin tədarükünün sürətləndirilməsi imkanını müzakirə edib.
"Reuters" xəbər verir ki, Nyu-Yorkdakı görüşdən sonra Makron tərəflərin Ukrayna və Rusiya ətrafındakı vəziyyəti, eləcə də Ukraynaya raket əleyhinə vasitələrin tədarükündə "daha sürətli və daha fəal" kömək etmək zərurətini müzakirə etdiklərini bildirib və bu məsələni müdafiə baxımından həlledici adlandırıb.
Makronun sözlərinə görə, danışıqlar "çox yaxşı" və "konstruktiv" keçib.
.
