Son bir ayda əmək qanunvericiliyinin pozulması ilə bağlı 1636 fakt qeydə alınıb.

Bu barədə virtualaz.org saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev məlumat verib.
E.Babayev bildirib ki, əsasən özəl şirkətlərdə, firmalarda, tikinti və ticarə müəssisələrində, ictimai iaşə mərkəzlərində əmək qanunvericiliyinin pozulması hallarına rast gəlinir.
İyulda aparılan yoxlamalar nəticəsində qeydə alınan nöqsanlara görə İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr tətbiq edilib. Cərimələrin ümumi məbləğinin 30 faizi (172608 manat) dövlət büdcəsinə ödənilib.
Nazirlik əmək qanunvericiliyinə riayyət edilməsi üçün işəgötürənlərə xəbərdarlıq edib.
.