Maliyyə Nazirliyi 2014-cü ilin doqquz ayında dövlət büdcəsinin icrasına dair açıqlama yayıb.
"Media forum” saytının məlumatına görə, açıqlamada qeyd olunur ki, doqquz ayda dövlət büdcəsinin mədaxili 14070,6 milyon manat, xərcləri 12693,5 milyon manat olub, 1377,1 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranıb.
Hesabata görə, 2014-cü ilin doqquz ayında dövlət büdcəsinin mədaxili proqnoza qarşı 1,2 faiz çox olub. Dövlət büdcəsinin xərcləri isə proqnoza nisbətən 86 faiz və yaxud 12693,5 milyon manat icra edilib.
.