Küveytin kənd təsərrüfatı naziri ƏIi Saleh al-Omayr və onun rumın həmkarı Akim İrimesku Rumıniyanın cənubunda yol-nəqliyyat qəzasına düşüb.
Publika.az "İnterfaks” agentliyinə istinadən xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində nazirlər kəllə-beyin travmaları alıblar.
Onlar müayinə üçün ən yaxın xəstəxanaya çatdırılıb. İlkin məlumatlara görə, nazirlərin həyatı üçün təhlükə yoxdur.
Həmçinin nazirlərlə birlikdə maşında olan tərcüməçinin yaralandığı bildirilir.
.
