Baytarlıq xidməti və nəzarəti tədbirlərinə (“Dövlət rüsumu haqqında”qanununda nəzərdə tutulmuş tədbirlər istisna olmaqla) görə alınan xidmət haqqının məbləği Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Dövlət baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına qanunla müəyyən edilmiş tədbirlərin maliyyələşdirilməsinin Qaydası və Şərtləri”ndə dəyişiklik edib. 

Qüvvədə olan Qaydaya əsasən, baytarlıq xidmətlərinin göstərilməsinə görə alınan məbləğin miqdarı Tarif Şurası tərəfindən müəyyən edilib.

 
 

.