Sertifikatlaşdırma göstərdi ki, təhsil siatemimizdə orta məktəb proqramını nəinki yaxşı, kafi belə verə bilməyən müəllimlər çalışıb.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, 2026-cı ilə qədər aparılacaq sertifikatlaşdırma çərçivəsində Pedoqoji heyətin 10-15 faiz yenilənməsini düşünülür: "Yaxşı hal odur ki, müəllimlərin işə qəbulu prosesi çərçivəsində işə qəbul edilənlərin 80 faizi sertifikatlaşdırmada yüksək nəticə göstərir. Bu ildən etibarən Bakı şəhərində pilot olaraq metodiki xidməti başlayacağıq. Müəllimə dəstək sistemi yerində olmalıdır. Hazırda bu sistem çox zəifdir. Yüksək bal toplamış müəllimlər arasından metodist müəllimləri seçib, digərlərinə təlim keçmələrini təşkil etməyi düşünürük".
Nazir: Pandemiya azərbaycanlı uşaqların təhsilinə ciddi zərər vurub
Pandemiyanın təhsilə vurduğu zərərləri görməyə başlayırıq.
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
Nazir bildirib ki, pandemiya azərbaycanlı uşaqların təhsilinə ciddi zərər vurub.
“Bunun təsirlərini məktəblərimiz və cəmiyyət daha dərindən müzakirə etməlidir. Bunu danışmaq və qabartmaqdan qorxmaq lazım deyil”,- deyə nazir əlavə edib.
Nazir: Azərbaycan dili imtahanında maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir
"Bu gün tədris etdiyimiz məzmunun çox köhnəldiyini etiraf etməliyik".
Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, 40 il əvvəlki fizikanı eyni şəkildə keçməməliyik:
"Bu yaxınlarda Azərbaycan dili və ədəbiyyat forumu keçirildi. Gördük ki, dil fənni ilə bağlı problemlərimiz ciddidir. Dillə bağlı səriştələri öyrətməliyik. Bu sahədə səriştəsi olan şəxs yazıb danışmalıdır. Dil qaydaları və üslub bunun tərkib hissəsidir. Sertifikatlaşdırma üçün suallar hazırlananda gördüm ki, bizim fənn mütəxəssisimiz belə bundan uzaqdır. Mən xahiş edirdim ki, belə suallar salmayaq. Özümüzü bir çərçivəyə salmışıq və ordan çıxa bilmirik. Ona görə, Azərbaycan dilindən imtahanda maksimum nəticə göstərən abituriyent bir səhifəlik esse yaza bilmir".
.