Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları 2 085,73 mln. manat təşkil edib.

Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, proqnoza 121,1% əməl edilib.

"Birinci rübdə büdcəyə əlavə daxilolmalar 363,8 mln. manatdan çox olub ki, bunun da 211,1 mln. manatı qeyri neft-qaz sektorunun payına düşür", - nazir qeyd edib.

.