Ermənistanın baş nazirinin qondarma rejimi 2 sentyabr tarixində təbrik etməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddiaların sübutudur.

Bunu xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində BMT-də Akkreditə Olunmuş Müxbirlər Assosiasiyasında (ACANU) aparıcı media qurumları üçün brifinq zamanı deyib.


Münaqişənin başa çatmasının ilk günlərindən etibarən Azərbaycanın mövqeyinin və niyyətinin aydınlığına baxmayaraq, bir sıra beynəlxalq aktorların, habelə media orqanlarının Ermənistanın manipulyasiyalarına, o cümlədən Laçın yolu ətrafında vəziyyətlə bağlı “gərgin humanitar vəziyyət”, “blokada” iddialarına aldanıb ölkəmizə qarşı aparılan kampaniyanın alətinə çevrilməsinin təəssüf doğurduğu bildirilib.

.