Etibar Bağırov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinə sədr müavini təyin olunub.

Yenizaman.az Report-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Məlumatı Dövlət Dəniz və Liman Agentliyi təsdiqləyib.

Xatırladaq ki, bununla da Dövlət Dəniz və Liman Agentliyində sədr müavinlərinin sayı ikiyə çatıb, onlardan digəri Renat Rzayevdir.

.