Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov bu gün Rusiyanın Azərbaycandakı səfirliyində olublar.

Bu barədə Rusiyanın Azərbaycandakı səfirliyinin "Twitter" səhifəsində məlumat verilib. 

X. Xələfov və R. Tahirov Rusiyaya məxsus Mi-24 hərbi helikopterinin Naxçıvan istiqamətində vurulması nəticəsində insan tələfatı ilə əlaqədar başsağlığı veriblər.

.