“Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların vasitəsilə Bakı şəhərində açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirmişdi”.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Hətta müxtəlif səviyyələrdə müxtəlif qərəzli bəyanatlara nail olmuşdur. Lakin Azərbaycan bu məsələyə sırf hüquqi prizmadan yanaşıb. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edib. Nəticədə məhkəmə Ermənistanın vəsatətini rədd edib. Məhkəmə Azərbaycana ümumi şəkildə irqi ayrı-seçkiliyin qarşısının alınması üçün konvensiya üzrə öhdəliklərini qeyd edib. Bununla da Ermənistanın məhkəmədə almağa çalışdığı və məhz siyasi xal qazanmağa hədəfləmiş vəsatəti də uğursuzluğa uğrayıb”, - o deyib.

Elnur Məmmədov: “Ermənistan beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunmalıdır”

"Ermənistanın beynəlxalq hüquq pozuntularına görə məsuliyyətə cəlb olunması üçün Ermənistanın yol verdiyi pozuntulara təkcə BMT-nin Beynəlxalq Məhkəməsində deyil, digər müxtəlif beynəlxalq strukturlarda da baxılacaq".

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O, Azərbaycanın əvvəlcə Avropa İnsan Hüquqları Məkəməsinə müraciət etdiyini, Ermənistanın da bundan sonra həmin məhkəməyə müraciət etdiyini xatırladıb: “Bütün beynəlxalq məhkəmələrdə proseslər bir neçə il davam edir”.

Onun sözlərinə görə, BMT-nin Beynəlxalq Məhkəməsi Azərbaycanın müraciət etdiyi ikinci məhkəmə instansiyasıdır: "Ermənistan öz işğalçı siyasətindən diqqəti yayındırmaq üçün BMT-nin Beynəlxalq Məhkəməsinə müraciət edərək, Azərbaycana qarşı əsassız iddialar irəli sürüb”.

Xatırladaq ki, dekabrın 7-si Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən, azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib.

Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb. Bu qərar 2021-ci il oktyabrın 14-dən 19-dək olan Məhkəmə dinləmələrindən sonra verilib.

XİN: “Ermənistanın qaldırdığı əsas vəsatət də təmin edilməyib”

"Ermənistan tərəfi Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanda saxlanılan Ermənistan vətəndaşlarının qeyri-şərtsiz azadlığa buraxılması və Ermənistana qaytarılması tələbi ilə çıxış etmişdi”.

“Report” xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Qeyd edim ki, Ermənistanın qaldırdığı bir neçə vəsatəti var idisə, ən əsası da bu idi. Oktyabr ayında keçirilən dinləmələr zamanı Ermənistanın nümayəndəsi və vəkilləri onlara ayrılmış vaxtın demək olar ki, mütləq əksəriyyətini bu mözuya həsr etmişdi. Bu da təsadüfü deyil. Bilirsiz ki, Ermənistanın siyasi gündəliyində uzun müddətdir ki, bu şəxslərin Ermənistana qaytarılması bir nömrəli məsələdir”, - o vurğulayıb.

Nazir müavini: "Azərbaycan Ermənistana qarşı yeni iddialar qaldıracaq"

“Azərbaycanın Ermənistana qarşı hüquqi məsuliyyət tədbirləri yalnız bununla kifayətlənmir”.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı qaldırdığı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Azərbaycan tərəfi Ermənistana qarşı bir sıra Konvensiyalar üzrə, xüsusilə də ətraf mühitə vurulmuş ziyan və enerji resuslarının qanunsuz istismarı ilə bağlı növbəti il dövlətlərarası şikayətlərin irəli sürülməsini planlaşdırır”, - nazir müavini vurğulayıb.

Elnur Məmmədov: "Beynəlxalq Məhkəmə ermənilərin dini abidələrlə bağlı vəsatətini təmin etmədi"

“Ermənistanın Azərbaycana qarşı qərar əldə etmək istədiyi digər məsələ işğaldan azad edilmiş ərazilərdə ermənilərin iddia etdiyi dini-mədəni abidələrin qorunması, ermənilərə həmin abidələri ziyarət etmək hüququnun təcili təmin edilməsi, abidələr üzərində aparılan bərpa işləri zamanı hər hansısa dəyişikliklərin edilməsinin qadağan edilməsi tələbi olub”.

Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

“Bu məsələ də Ermənistan tərəfindən bir çox platformalarda Azərbaycana qarşı qaldırılır. Lakin məhkəmə bu vəsatəti də rədd edərək yalnız abidələrə qarşı vandallıq aktları və təhqiredici hərəkətlərin qarşısının alınması və belə hallar olarsa, Azərbaycan tərəfindən günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə bağlı ümumi xarakterli qeydlər edib”.

.