
Moldova və Azərbaycan şirkətləri birgə müəssisələrin yaradılmasını nəzərdən keçirməlidir.
Bunu Azərbaycan-Moldova biznes forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.
O bildirib ki, şirkətlər azad iqtisadi zonanın üstünlüklərindən istifadə edərək investisiya imkanlarını və birgə müəssisələrin yaradılmasını araşdırmalıdır.
“Bundan başqa, məhsullarımızı, qabaqcıl təcrübə və innovativ texnologiyaları paylaşmaq üçün təqdim olunan platformalardan da istifadə etməliyik. Bu baxımdan, hər iki tərəfin iş adamlarını milli pavilyonlarla fəal iştirak etməyə çağırıram. Həmçinin, hər iki ölkədə təşkil olunan beynəlxalq sərgilərdə iştirak etməliyik və ən son nailiyyətləri paylaşmalıyıq”, - nazir əlavə edib.
.