"Layihələrin icrası üçün dayanıqlı siyasi və makroiqtisadi sabitlik təmin olunmalıdır. Azərbaycan bu sahədə artıq özünü doğruldub”.

Bunu ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Ticarət, logistika sahəsində də bunu etməliyik. Biz yeni və genişlənən Bakı limanı ətrafında bunu edirik. Məqsədimiz Azərbaycanı yeni logistika qovşağı kimi təbliğ etmək, Avropa və Asiya arasında ticarəti təşviq etməkdir. Biz "İpək yolu”nu yeni alətlər vasitəsi ilə yeniləyirik. Azərbaycan nəqliyyat sahəsinə böyük yatırımlar edir. Logistika mərkəzləri yaradılır, çalışılır ki, investisiya və biznes mühiti asanlaşdırılsın”, - deyə o vurğulayıb.

.