Türkiyə-Azərbaycan ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq əsas hədəfdir.

Bunu Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ankarada Türkiyə-Azərbaycan İş Forumunda çıxışı zamanı deyib.

“Bunun üçün hər iki dövlətin iş dünyası bizimlə aktiv şəkildə çalışmalıdır”, - deyə türkiyəli nazir vurğulayıb.

O, SOCAR-ın Türkiyəyə sərmayə yatırmasına böyük əhəmiyyət verdiklərini qeyd edib.

“Naxçıvan dəhlizi bizim üçün çox əhəmiyyətlidir”.

Bunu da Türkiyənin ticarət naziri Ruhsar Pekcan Ankarada Türkiyə-Azərbaycan İş Forumunda çıxışı zamanı deyib.

Türkiyəli nazir qeyd edib ki, məqsəd Bakının logistika mərkəzinə çevrilməsidir.

.