“Valideynlər övladlarını məktəbə göndərmək istəmirsə, məktəbə yazılı müraciət edə bilərlər”.

Bunu Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Emin Əmrullayev: "X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək"

“Hamımız çalışmalıyıq ki, sentyabrın 15-dən ənənəvi tədrisi bərpa edək. Düşüncəmiz budur ki, mümkün dərəcədə əyani tədrisə qayıdaq. Bu, uşaqların sosial-psixoloji inkişafı, parta arxalarında oturmaları, məktəbə getmələri baxımından vacibdir”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook”da canlı yayımda bildirib.

O deyib ki, mayın 17-dən 5 regionda da həftədə 3 dəfə ibtidai, 2 dəfə V-IX sinif şagirdləri üçün əyani tədrisə başlanacaq: “X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək. Həm epidemioloji, həm vaksinasiya, həm də sinif ölçüləri imkan verəndə qaydalara əməl etməklə həftədə 5 dəfə əyani tədrisə qayıdacağıq”.

Nazir: "Yekun qiymətləndirmənin əyani formada keçirilməsi nəzərdə tutulub"

"Yekun summativ testlərin əyani formada keçirilməsi nəzərdə tutulub".

APA-nın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Müəllimlərin yerdəyişməsi müsabiqəsinə 10 minə yaxın şəxs qeydiyyatdan keçib

“Hazırda müəllimlərin iş yerinin dəyişdirilməsi davam edir. Bu prosesə mayın 5-dən start verilib”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, artıq 10 minə yaxın namizəd qeydiyyatdan keçib, 2300-ə yaxın namizədin ərizəsi təsdiq edilib: “Bu il müsabiqəyə 5500-dən artıq vakant yer çıxarılıb. Bu yerlərin 66,8 faizi həvəsləndirici, 33,2 faizi isə həvəsləndirici olmayan yerlərdir. Bakı, Sumqayıt, Abşeronda 521 vakant yer müsabiqəyə çıxarılıb”.

Nazir: "Müəllimlərin sertifikasiyası payızda keçirilə bilər"

"Yaxın 3 ayda müəllimlərin sertifikasiyasının keçirilməsi nəzərdə tutulmur".

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, çünki pandemiyaya görə qeyri-müəyyənlik var: "Amma bu il hansısa qrup üzrə sertifikasiyanın keçirilməsinə ümid edirik. Payız aylarında olmasını nəzərdə tuturuq. Sertifikasiya qəfil ola bilməz, əvvəldən məlumat verilməlidir. Bunlar pandemiya ilə bağlıdır, olmasaydı, bəlkə də proses artıq başlamışdı".

I sinfə qəbul olan şagirdlərin sayı açıqlanıb

“Birinci sinfə qəbul prosesi artıq başlayıb”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib. Onun sözlərinə görə, 94 min şagird məktəbəhazırlıq qruplarından birbaşa I sinfə keçirilib, bundan əlavə artıq 25 min şagird Azərbaycan bölməsi üzrə birinci sinfə qəbul olub: “Rus bölməsindən 17 minə qədər uşaq üçün müsahibələrə başlayıb. Keçirilən müsahibələrdə uğur baxımından qəbul dinamikası 90 faizə qədərdir”.

Direktorların işə qəbulu üzrə müsahibə mərhələsinə buraxılan namizədlərin sayı açıqlanıb

Direktorların işə qəbulu üzrə müsabiqə zamanı 2863 namizəd test imtahanı mərhələsində iştirak edib.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, 1552 namizəd müsahibə mərhələsinə buraxılacaq.

Nazir qeyd edib ki, müsahibələrin may-sentyabr aylarında keçirilməsi nəzərdə tutulur.

.