“Sahibkarlığın İnkişafı Fondundan ayrılan güzəştli kreditlərin 95,7 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür”.

Oxu.Az-ın məlumatına görə, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.

Onun sözlərinə görə, 2021-ci ilin yanvar-may ayları ərzində 339 investisiya layihəsinin maliyyələşdirilməsinə 24,9 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 770-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Eyni zamanda, nazir qeyd edib ki, bu ilin ilk beş ayı ərzində Sahibkarlığın İnkişafı Fondunun xətti ilə verilən güzəştli kreditlərin 79 faizi regionlarda, 21 faizi isə Bakı şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşür:

“Bu kreditlərin 37,6 faizi sənaye məhsullarının istehsalı və emalı, 53,7 faizi kənd təsərrüfatı məhsullarının istehsalı, 8,7 faizi isə digər sahələrin inkişafına yönəldilib”.

 

 

.