Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin Baş naziri ilə terrorçuların ekstradisiya məsələsini müzakirə edəcək.

Bu barədə, Türkiyənin ədliyyə naziri Bekir Bozdağ bildirib.

O qeyd edib ki, Türkiyənin terrorla mübarizəsini dəstəkləyəcək müsbət addımlar atsalar və silah embarqosu da daxil olmaqla sanksiyaları aradan qaldırsalar, İsveç və Finlandiyanın NATO-ya tam üzvlük prosesini yekunlaşdırmaq olar.

O, həmçinin, əlavə edib ki, indiyə qədər İsveç və Finlandiyanın terrorçuların ekstradisiyası ilə bağlı heç bir müsbət irəliləyiş yoxdur.

.