Ermənistanın müxtəlif bəhanələrlə normallaşma prosesinə zərər vurması heç kəsə fayda verməyəcək.

Bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Hər kəsdən öncə Ermənistanın özünə fayda verməyəcək. Ermənistanın nəhayət bunu anlayacağına ümid edirik”, - nazir bildirib.

Ceyhun Bayramov: “Son gərginliyin səbəbi Ermənistanın öhdəliklərini yerinə yetirməməsidir”

Son gərginliyin səbəbi Ermənistanın öhdəliklərini yerinə yetirməməsidir.

Bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Bunun əsas səbəbi 44 günlük Vətən müharibəsi başa çatdıqdan və üçtərəfli bəyanatın imzalanmasından sonrakı təxminən 1 il 9 ay müddətində Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Öhdəliklər dedikdə, erməni silahlı qüvvələrinin hələ də Qarabağı tərk etməməsini nəzərdə tuturam”, - nazir qeyd edib.

XİN rəhbəri: Azərbaycan və Türkiyənin ortaq layihələri regionda sabitliyi təmin edir

Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri hər zaman yüksək səviyyədə olub, iki ölkə son 30 ildə birlikdə çox böyük yol qət edib.

Bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

O, İkinci Qarabağ müharibəsi dövründə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyə rəsmilərinin, siyasi partiyalarının və bütün türk xalqının Azərbaycana dəstək olduqlarını vurğulayıb: “Bu, bir daha sübut edir ki, Azərbaycan və Türkiyə əlaqələri dünyada bənzəri olmayan səviyyəyə yüksəlib. Dünyada etnik, dini və mədəni olaraq bir-birinə yaxın olan qonşu ölkələr çoxdur. Lakin heç biri Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın deyil. Bunun ikinci bir nümunəsini dünyada görə bilmərik”, - nazir bildirib.

XİN rəhbərinin sözlərinə görə, Azərbaycan və Türkiyənin ortaq layihələri regionda sülh və sabitliyi təmin edir.

Nazir vurğulayıb ki, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə iki ölkə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə yüksəldilib və mövcud qardaşlıq və müttəfiqlik əlaqələri rəsmiləşdirilib.

.