“Azərbaycan Qazaxıstanda vəziyyətin tez bir zamanda normallaşmasına tərəfdardır”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatı (TDT) XİN başçılarının videokonfrans formatında keçirilən fövqəladə iclasında çıxışı zamanı deyib.

Ceyhun Bayramov Azərbaycanın Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasına tərəfdarı olduğunu bildirib.

“Biz inanırıq ki, Qazaxıstanın müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətlər riskə atılmadan vəziyyət normallaşacaq”, - XİN başçısı vurğulayıb.

.