"Yetim və valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı məlumat bankı yaradılmalıdır”.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidmətdən bildirib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev pedofillərin məcburi kimyəvi axtalanması haqqında qanun imzalayıb.
Mətbuat xidmətindən bildirilib ki, uşaq hüquqlarının qorunması ilə bağlı bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun yetim və valideyn himayəsindən mərhum olan uşaqlar haqqında məlumat bazasının yaradılmasını da nəzərdə tutub.
Güman edilir ki, bu sistem uşaq haqları məsələləri ilə məşğul olan dövlət orqanlarının qarşılıqlı fəaliyyətini təmin edəcək.
