Prezident Nursultan Nazarbayev Qazaxıstanın adını "Qazax Eli” adı ilə dəyişdirilməsini təklif edib. Bu barədə prezident qeyd edib ki, ölkəsinin adı ilə sonu digər Mərkəzi Asiya ölkələrindəki kimi deyil. Nursultan Nazarbayev misal olaraq əhalisi iki milyon olan Monqolustanı göstərib. "Bizim ölkəmizin adının sonunda "stan” sözü var. Xarici dövlətlər isə iki milyonluq Monqolustana maraq göstərir. Halbuki Monqulustan sözünün sonunda "stan” yoxdur. Hesab edirəm ki, Qazaxıstanın adı "Qazax Eli” adı ilə əvəzlənməlidir. Lakin ilk öncə bu məsələd xalqın razılığı vacibdir” - deyə Nursultan Nazarbayev bildirib.
Yenizaman.az
.
