Bərdə rayonunda ağır yol qəzası baş verib. 
Yevlax-Ağdam-Laçın yolunun Bərdədən keçən hissəsində "NAZ Lifan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişinlərdən biri vəfat edib, sürücü və daha 2 sərnişin isə xəsarət alıb. Yaralılardan biri 2 yaşlı körpədir.
Faktla bağlı araşdırma aparılır.
Lent.az 

.