Ötən ilin dekabr ayında Türkiyənin Naxçıvanla sərhəddəki Dilucu gömrük məntəqəsində həyata keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatı çərçivəsində həbs olunan Sədərək gömrük idarəsinin rəisi Mirməhəmməd Seyidov azadlığa çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, aznews.az azərbaycanlı məmurun dünən axşam saatlarında səbəst buraxıldığı haqda məlumat yayıb.
Qeyd edək ki, M.Seyidov dekabr ayında Qarsda hava limanında Türkiyə Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdı. Həmin vaxt Dilucu sərhəd keçid məntəqəsində keçirilən əməliyyat zamanı Seyidovdan başqa 7 gömrük işçisi 10 daşıma şirkətinin sahibi olmaqla 17 nəfər saxlanılmışdı.
.
