Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son 45 gün ərzində respublikanın ayrı-ayrı şəhər, rayon və qəsəbələrində cinayətkarlığın qarşının alınması və baş vermiş digər hüquqazidd əməllər törədən şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində təxirəsalınmaz əməliyyatlar davam etdirilib və əməliyyatlar nəticəsində ümumilikdə 35 nəfər saxlanılıb.

Tədbirlər zamanı Naxçıvan şəhəri, Culfa, Şahbuz və digər ərazilərdə üzərlərində, həmçinin yaşadıqları evlərdə qanunsuz olaraq odlu silah, eləcə də müvafiq sənədləri olmayan ov tüfəngləri saxlayan 5 nəfər tutulub.

Bu şəxslərdən 5 ədəd “TOZ”, “İJ” markalı müvafiq sənədləri olmayan tüfəng, 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd minaatan partladıcısı aşkar olunaraq götürülüb.

Qeyd edilən dövr ərzində narkotiklərin satışını təşkil edən və Naxçıvan Muxtar Respublikası ərazisinə narkotikləri qanunsuz olaraq karqo vasitəsilə gətirən ümumilikdə 17 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilib.

Hesabat dövründə həmçinin Naxçıvan şəhəri və digər bölgələrdə silsilə mənzil, təmir-tikinti ləvazimatları,avtomobillərdən akkumlyator, eləcə də digər ehtiyat hissələri oğurlayan və dələduzluq əməlləri törədən İlkin Əliyev, Taleh və Saday Hüseynovlar, Əlisübhü Abbasov, Aytəkin İsmayılova, Yasin Qəribov, Məmmədhüseyn Rüstəmov, Faiq Kazımov, Coşqun Babayev, eləcə də restoranlardan birindən 2 ədəd POS-terminal və pul oğurlayan Burxan İbrahimov saxlanılıblar.

Həmçinin polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Babək rayon sakini Səfər Əkbərovun Naxçıvan şəhərində yerləşən mağazalara və ticarət obyektlərinə daxil olaraq vəzifəli şəxslərin adından iş adamlarından qanunsuz olaraq pul tələb etməsi faktı da müəyyən olunub.

Culfa rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı isə rayon sakini Şirzan Məmmədov və Nadir Ələkbərovun su sayğaclarına qanunsuz müdaxilə etdikləri, eləcə də pul müqabilində sayğaclardakı göstəriciləri silmələri faktı da aşkar edilib

Qeyd olunan faktların hər biri ilə bağlı istintaq və əməliyyat tədbirləri davam etdiril

.